22 yanvar 2021 22:22
684

Türkiyədə COVID-19-dan sağalanların sayı artır

Ötən gün Türkiyədə aparılan 163 min 342 koronavirus (COVID-19) testi nəticəsində 5 min 967 nəfərdə virus aşkarlanıb. Bununla da xəstəliyə yoluxanların ümumi sayı 2 milyon 418 min 472 nəfərə çatıb.

“İki sahil” türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, 6 min 18 nəfərin sağalması nəticəsində COVID-19-a qalib gələnlərin ümumi sayı 2 milyon 296 min 50 nəfərə yüksəlib.

Ötən gün 149 nəfərin dünyasını dəyişməsi nəticəsində ölənlərin ümumi sayı 24 min 789 nəfərə yüksəlib.