03 dekabr 2020 23:36
707

Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 187 nəfər dünyasını dəyişib.

"İki sahil"in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 316 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 511 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 520 167 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 190 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 418 331 nəfər təşkil edir.