15 sentyabr 2019 14:25
754

Türkiyədə sərnişin avtobusu aşıb

Türkiyədə İstanbul-Antalya marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.

AZƏRTAC xəbər verir ki, Anıtkaya ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.