10 avqust 2019 17:15
264

Türkiyədə tarixi kitab qaçaqmalçıları həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri qədim Roma dövrünə aid qızıl su ilə yazılmış antik kitabın alqı-satqısı ilə məşğul olan qaçaqmalçı dəstənin üzvlərini həbs edib.

AZƏRTAC xəbər verir ki, qaçaqmalçıların satmaq istədikləri kitab 34 səhifədən ibarətdir. Faktla bağlı avqustun 9-da xüsusi əməliyyat keçirilib. Alıcı da daxil olmaqla dörd nəfər saxlanılıb.