24 sentyabr 2020 21:37
825

Türkiyədə yeraltı tuneldə çökmə olub

Türkiyədə Kop dağının altından keçən tunelin inşaat işləri aparılan hissəsində çökmə baş verib.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, dağıntılar altında qalan insanların xilas olunması üçün Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) briqadaları əraziyə cəlb edilib. Dağıntılar altından 11 nəfər yaralı vəziyyətdə xilas edilib.

Çöküntüyə qazıntı ərazisindən çıxan qazın səbəb olduğu bildirilir.