25 yanvar 2020 10:20
1071

Türkiyədə zəlzələ: 21 ölü, 1500 yaralı - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatdı

Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Baş verən ardıcıl zəlzələlərdə 21 nəfər həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.

x     x     x

08:45

Türkiyədə zəlzələ nəticəsində ölənləri sayı 20-a çatıb, 1015 nəfər yaralıdır

Türkiyənin Elazığ bölgəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 20-a çatıb, 1015nəfər yaralıdır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, səhiyyə naziri Fahrettin Koca 20 nəfərin öldüyünü, Malatyada 221, Elazığda 551 yaralının olduğunu deyib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bölgəyə zəruri səyyar xidmət obyektləri, ləvazimat və avadanlıq daşımaqdadır.

Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.