10 yanvar 2020 11:53
230

Türkiyədəki işsizlərin sayı açıqlanıb

Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 608 min adam artaraq 4 milyon 396 minə çatıb. Bununla da işsizliyin səviyyəsi 1,8 bənd artaraq 13,4 faizə yüksəlib.

“İki sahil” bu barədə Türkiyənın Statistika Təşkilatının  2019-cu ilin oktyabrı üçün olan son məlumatına istinadən xəbər verir.

Oktyabr ayında işsizliklə bağlı göstərici  əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi azalıb.

Kənd təsərrüfatı xaric olmaqla işsizliyin səviyyəsi 2,1 bənd artaraq 15,7 faiz olub.

15-24 yaş qrupunu əhatə edən gənclərin işsizlik göstəricisi 3 faiz bəndi artaraq 25,3 faiz təşkil edib. 15-64 yaş qrupundakı işsizlik isə 1,8 bənd artaraq 13,7 faizə yüksəlib.