25 iyun 2020 14:50
626

Türkiyəli ekspert: Azərbaycan Silahlı Qüvvələri Xəzər regionunda güclü, modern orduya çevrilib

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, Yeditepe Universitetinin Hüquq fakültəsinin professoru Mesut Hakkı Caşın 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ərəfəsində “Report”un Türkiyə bürosuna müsahibə verib. “İki sahil” xəbər verir ki, Mesut Hakkı Caşın qeyd edib ki,  Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda Xəzər regionunda güclü, modern orduya çevrilib: “Bu ordu müstəqil, suveren Azərbaycan dövlətinin ərazi bütövlüyünü və xalqının rifahını qorumaqla yanaşı, güclü hərbi hava qüvvələrinə də sahibdir. Bu gün Azərbaycan Ordusunda çox yaxşı hərbi təhsil almış hərbçilər xidmət edir. Azərbaycan Silahlı Qüvvələrinin yüksək atış sürətinə, dəqiqliyə və çox böyük məhvetmə gücünə malik silah və texnikaları var. Məhz güclü ordu amili Azərbaycanın qısa zamanda Qafqazın, Xəzər regionunun enerji təhlükəsizliyində və bölgədə sülhün təmin edilməsində çox böyük strateji əhəmiyyətə sahib olmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusilə son illərdə yüksək əhval-ruhiyyəyə sahib, özünə inanan və sözün əsl mənasında dünyanın qabaqcıl orduları ilə rəqabətə girəcək potensiala sahib Azərbaycan Ordusu qurulub. Bu ordu modern hərbi təyyarələr, tanklar, toplar, raketlər, silah-sursatlar, radarlar, zirehli texnikalar, transportyorlar və döyüş gəmiləri ilə təchiz olunub. Bu gün Azərbaycanın sözün əsl mənasında güclü ordusu və hərbi sisteminin mövcud olduğunu əminliklə deyə bilərik”.