21 yanvar 2020 14:51
1125

Türkiyəli müğənni “donuz qripi”nə yoluxub

Türkiyəli müğənni Nilüfər “donuz qripi”nə (H1N1 virusu) yoluxub.

“İki sahil” xəbər verir ki, güclü soyuqdəymə ilə əlaqədar aparıldığı xəstəxanada müğənniyə “donuz qripi” diaqnozu qoyulub.

Bildirilir ki, əvvəlcə döş xərçəngindən müalicə olunan Nilüfərin immunitet sistemi zəiflədiyi üçün də müşahidə altında saxlanılır.

Qeyd edək ki, müğənni 1 həftədir özəl xəstəxanaların birində müşahidə altında saxlanılır.