01 oktyabr 2020 15:15
690

Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın yalnız olmadığı, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu deyilir.

Bəyanat müəllifləri Ermənistanın BMT qətnamələrinə əsasən işğal olunmuş Azərbaycan ərazilərini dərhal tərk etməsi və işğalçılıq fəaliyyətini dayandırmasını tələb edir.

Bundan başqa qeyd olunub ki, dayanıqlı sülhün ilkin şərti Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməkdir:

“Əks təqdirdə bu, işğalçını mükafatlandırmaq demək olacaq ki, bu da qəbuledilməzdir. Bütün dünya bilsin ki, türk milləti olaraq Azərbaycanın yanındayıq. Ermənistan işğal etdityi ərazilərdən çəkilmədikcə, dövlətimizin bu istiqamətdə atdığı hər bir addımı qeyd-şərtsiz dəstəkləyəcəyik”.