Şərqi Aralıq dənizi, Suriya, PKK və Liviya məsələləri başda olmaqla, hər sahədə Türkiyəyə düşmən mövqe sərgiləyən Yunanıstan bu dəfə Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə həmlə edib.
"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, iki ölkənin ordu rəhbərləri Krit adasındakı “Souda” aviabazasında F-16 döyüş təyyarələrinin fonunda kameralara poza verib.
Yunanıstan mətbuatı olaya geniş yer ayırıb. Bir çox mətbu orqan BƏƏ-nin səfərini əhəmiyyətli addım kimi təqdim edib.
Qeyd edək ki, daha əvvəl BƏƏ Kritə 4 ədəd F-16 qırıcıları tədarük edəcəyini açıqlamışdı. Qırıcılar Yunanıstan Hərbi Hava Qüvvələrinin qırıcıları ilə birlikdə ortaq təlimlərə qatılacaq.