16 may 2019 16:02
75

Türkiyəyə verilən S-400 komplekslərində kritik NATO detalı

“S-400-lərin nəzarəti tamamilə Türkiyənin əlində olacaq və NATO sistemlərinə interqasiya edilməyəcək”.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Latviyaya səfəri zamanı prezident Raymonds Veconis ilə ortaq mətbuat konfransında Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi haqqında danışan nazir bildirib ki, ABŞ S-400-lərin F-35 qrıcılarına təhdid olacağını iddia edir: “Lakin bu sistem tamamilə bizim nəzarətimizdə olacaq. ABŞ-ın bu məsələdəki iddiaları gerçək olsaydı, S-400-lərin F-35 terxnologiyasına gəlib çatması gərək idi. Biz ABŞ-a bu məsələ ilə bağlı ortaq işçi qrupu yaratmağı təklif etdik”.