23 may 2019 12:28
733

Türkmənistan X beynəlxalq Qaz Konqresi başa çatıb

Avaza turizm zonasında keçirilən Türkmənistan X beynəlxalq Qaz Konqresi başa çatıb. Konqresin yekun iclasında iştirakçılar neft-qaz sənayesində əməkdaşlığın inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, məruzəçilər neft-qaz sənayesinə investisiyaların cəlbi, müqavilələr və layihələr məsələlərini nəzərdən keçiriblər.

TAPI qaz kəmərinin (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) müzakirəsi forumun əsas mövzusu olub.

Ekspertlərin fikrincə, TAPI Türkmənistan qazının tədarükünün şaxələndirilməsi üçün təkcə böyük şans deyil, eyni zamanda, Əfqanıstanda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş layihədir.

Forumda neft-qaz kompleksi rəhbərlərinin ikitərəfli görüşləri də keçirilib.