03 iyun 2020 11:39
879

"Twitter"in rəhbəri vəzifəsini tərk edib

ABŞ-ın "Twitter" şirkətinin direktorlar şurasının sədri Omid Kordestani vəzifəsini tərk edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının yaydığı sənəddə deyilir.

Məlumata əsasən, O.Kordestaninin yerini "Google" korporasiyasının sabiq maliyyə direktoru Patrik Piçett tutacaq.

O.Kordestani öz növbəsində bildirib: "Twitter"də uzunmüddətli davamlı böyüməni təmin etmək üçün rəhbərliyin gücləndirilməsi və sabitləşdirilməsinə yönəlmiş vacib dəyişikliklərin necə heyəta keçirildiyini öz gözlərimlə görmüşəm və əminəm ki, sədr rolunu tərk edə bilərəm. Patrikin şurada səsi həmişə vacib və müstəqil olub. O, müstəqil sədrin yeni vəzifəsini tutmaq üçün uyğundur".

Qeyd edək ki, P.Piçett 2008-2015-ci illərdə "Google" korporasiyasının maliyyə direktoru vəzifəsində çalışıb, 2018-ci ilin dekabr ayının 31-dən isə "Twitter"də aparıcı müstəqil direktordur.