14 avqust 2019 15:31
208

U-19 qələbə qazanıb

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

"İki sahil" AFFA-ya istinadən xəbər verir ki, “Sabah-2” komandası ilə qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

U-19-un heyətində Məhəmməd Məhərrəmov və Vüsal Əsgərov fərqlənib.