08 avqust 2019 20:39
272

“Uatford” klubu tarixinin ən bahalı transferini reallaşdırıb

Premyer Liqanın yeni mövsümünə ciddi hazırlaşan İngiltərənin “Uatford” klubu tarixinin ən bahalı transferini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, klub bir neçə ay davam edən danışıqların sonunda 21 yaşlı seneqallı yarımmüdafiəçi İsmaila Sarr üçün “Renn” komandasına 30 milyon funt sterlinq ödəyib. Futbolçu ilə beşillik müqavilə imzalanıb.

Futbolçunun 2017-ci ilin yayında “Metz” klubundan “Renn”ə transferi 17 milyon avroya başa gəlib. Seneqal millisinin heyətində 26 iyunda 4 qol vuran İ.Sarr “Renn” komandasında isə 77 qarşılaşmada 18 dəfə fərqlənib.