19 aprel 2019 17:52
975

Üç ayda ölkədən 308 ton çay ixrac olunub

Birinci rübdə ölkədən 308 ton çay ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Üç ayda ixrac edilən çayın dəyəri 2 milyon 4 min ABŞ dolları olub.

Hesabat dövründə ölkəyə 9 milyon 986 min dollarlıq 2 min 700 ton çay idxal edilib.