03 dekabr 2020 11:26
535

UEFA-dan "Qarabağ"a 46 min 390 avro

UEFA tərəfindən ayrılmış və aşağıda göstərilmiş müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

“İki sahil” AFFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinə Azərbaycan Premyer Liqasının UEFA reytinqinə əsasən tutduğu mövqe nəzərə alınmaqla, cari mövsüm avrokuboklarda mübarizəni davam etdirən klub olaraq – 20000 (iyirmi min) avro, UEFA Avropa Liqasının 2019/2020-ci il mövsümündən balans olaraq – 26390 (iyirmi altı min üç yüz doxsan) avro ödənilib.