24 sentyabr 2020 16:48
735

UEFA DÇ-2022-nin seçmə oyunlarının vaxtını açıqladı

UEFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının vaxtını açıqlayıb. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, turnir 2021-ci ilin martında başlayacaq və noyabrda yekunlaşacaq. Pley-off oyunları isə 2022-ci ilin martında gerçəkləşəcək.

Gələn ilin martında və avqust-sentyabr aylarında hərəyə 3, oktyabrda və noyabrda isə hərəyə 2 tarixdə oyunlar olacaq. Pley-off oyunları üçün də 2 tarix nəzərdə tutulub.

May-iyun aylarında isə AVRO-2020 öncəsi hazırlıq qarşılaşmaları olacaq.