19 iyul 2019 10:48
832

UEFA-nın yeni reytinqi açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, "Neftçi”nin  “Sperantsa" üzərində 6:0 hesablı qələbəsi Azərbaycana 0,250 xal qazandırıb. "Səbail" isə "Sperantsa"ya uduzduğundan (2:3) xal ehtiyatımızı artıra bilməyib.

Azərbaycan son 5 mövsümdəki xallarını 16,250-ə çatdırsa da, ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.