05 fevral 2019 18:27
334

UEFA səfər qolu qaydasını ləğv edə bilər

UEFA avrokubokların play-off mərhələsində iki oyundan ibarət olan oyunlarda səfərdə vurulan qolun üstünlüyünü ləğv edəcək.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsi bu məsələni fevralın 6-da İtaliyanın paytaxtı Romada keçiriləcək növbəti iclasında nəzərdən keçirəcək. 

Qeyd edək ki, səfər qolu üstünlüyü 1965-ci ildən sonra qüvvəyə minib və daha sonra bütün avrokubok oyunlarında tətbiq edilib. Eyni zamanda milli federasiyalar daxili rəqabət qaydalarını öz mülahizələri ilə tənzimləyə bilərlər. Bu qaydanı rədd edən ölkələr arasında İngiltərə də var.