07 avqust 2019 20:31
189

Ueyn Runi rəsmən İngiltərə klubunda

ABŞ-ın "Di Si Yunayted" klubunun futbolçusu Ueyn Runi İngiltərəyə geri dönüb.

Trend-in məlumatına görə, 33 yaşlı hücumçu Çempionşip təmsilçisi "Derbi" ilə 1,5+1 illik müqavilə bağlayıb. İngiltərə millisinin sabiq futbolçusu komandada oynayan-məşqçi kimi fəaliyyət göstərəcək. O, "Derbi"yə 2020-ci ilin yanvar ayında qoşulacaq.

Qeyd edək ki, "Everton"un yetirməsi 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Təcrübəli hücumçu 2018-ci ildə "Everton"dan "Di Si Yunayted"ə üz tutmuşdu. Runi MLS klubunda 44 oyuna 23 qol vurub.