12 avqust 2019 12:39
269

Ufuk Budak Türkiyədə klubsuz qalıb

Azərbaycan millisinin futbolçusu Ufuk Budak Türkiyədə klubsuz qalıb.

“Report” xəbər verir ki, I liqada çıxış edən “Boluspor” 29 yaşlı sol cinah müdafiəçisi ilə başa çatan müqavilənin müddətini yeniləməyib. Budak ötən yaydan bu komandanın formasını geyinirdi.

Qeyd edək ki, bunadək Türkiyədə “Samsunspor”, “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.