07 oktyabr 2019 16:49
105

Ukrayna qaz idxalını 44 faiz artırıb

2019-cu ilin yanvar-sentyabr aylarında Ukrayna 11,6 milyard kubmetr qaz idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 faiz çoxdur.

AZƏRTAC “Ukrtransqaz” səhmdar cəmiyyətinə istinadla xəbər verir ki, bu dövrdə qaz yalnız Avropadan idxal edilib.

Ukraynaya qaz əsasən Slovakiya qaz nəqli dəhlizi vasitəsilə, habelə Polşadan və Macarıstandan idxal olunub.

Xatırladaq ki, 2015-c ildə Ukrayna Rusiyanın “Qazprom” şirkətindən qaz almaqdan imtina edib və o vaxtdan Ukraynaya qaz yalnız Avropadan daxil olur.