06 fevral 2019 11:55
180

Ukrayna yeni raket istehsal edəcək

Ukrayna yeni növ raket istehsalına başlayacaq.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Ukrayna xarici işlər naziri Pavel Klimkin “Amerikanın səsi” telekanalına müsahibəsində ölkəsinin yeni növ raketlərin istehsalına başlayacağını istisna etməyib. Bildirib ki, Rusiya və ABŞ-ın raket razılaşmasından çıxması Ukrayna üçün yeni çağırışlar yaradıb.

“Biz bu çağırışlara layiqincə cavab verməliyik. Ukraynanın bu sahədə təcrübəsi, intellekti var. Bizim raket silahının istehsalı ilə bağlı kifayət qədər potensialımız mövcuddur. Yeni raketlərin istehsalını düşünürük”, - deyə Klimkin əlavə edib.