08 avqust 2019 15:00
207

Ukraynada kazinoların fəaliyyəti qanuniləşdirilir

Ukrayna Prezidenti Vladimir Zelenski qumar oyunlarını, xüsusilə beşulduzlu hotellərdə kazinoların fəaliyyətini qanuniləşdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, V.Zelenski bunu İstanbulda keçirilən Ukrayna-Türkiyə biznes forumunda bəyan edib.

"Biz qumar oyunlarını, yəni beşulduzlu otellərdə kazinoların fəaliyyətini qanuniləşdiririk. Bu, Qara dəniz regionunda turizmin inkişafına təkan verəcək”, - deyə Ukrayna Prezidenti əlavə edib.

O bildirib ki, Qara dəniz ölkələri bölgədə turizmin inkişafı üçün birlikdə çalışmalıdırlar.