16 mart 2020 13:33
576

Ukraynada koronavirusa yoluxanların sayı artır

Ukraynada koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Koronavirusa yoluxan daha iki nəfər Çernovtsı vilayətində qeydə alınıb.

Bununla da Çernovtsı vilayətində koronavirusa yoluxanların sayı 4-ə çatıb, daha bir nəfər isə Jitomir vilayətində qeydə alınıb.

Qeyd edək ki, Ukraynada koronavirusa görə artıq bir nəfər həyatını itirib. 500 nəfərdən artıq insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. //AZƏRTAC