Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
27 oktyabr 2020 12:37
266

Ukraynada koronavirusun yayılması geniş vüsət alıb

Ukraynada koronavirusa yoluxanların sayı 355 mini ötüb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 6677 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 355 min 601-ə çatıb, 145 min 336 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 126 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 6590 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.