19 sentyabr 2019 16:47
792

Ukraynalı tamaşaçı Milli Gimnastika Arenası barədə: Mən bu cür zal görməmişdim

Milli Gimnastika Arenası böyük və çox gözəldir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə bədii gimnastika üzrə dünya çempionatının ukraynalı tamaşaçısı Diana Savina deyib.

O bildirib ki, bacısı bədii gimnastika ilə məşğul olur: "Ona görə də mən həm Ukraynada, həm də xaricdə müxtəlif yarışlara gedirəm. Milli Gimnastika Arenasından təəssüratlar çox yaxşıdır, mən hələ bu cür zallar görməmişdim. Yarışlar yüksək səviyyədə keçir. Mənim bacım hələ kiçikdir və bu cür irimiqyaslı yarışları izləməyim onun üçün böyük stimuldur".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.