08 iyul 2020 14:52
1690

Ukraynalı turistlərdən Türkiyəyə "təhlükəsiz tətil" tərifi - FOTO

Türkiyəyə gələn Ukraynalı turistlər yeni növ koronavirusa (COVID-19) qarşı aparılan tədbirlər sayəsində təhlükəsiz tətil keçirməkdən zövq alırlar.

Ukraynanın paytaxtı Kiyevdən 183 sərnişinlə yola çıxan "Azur" Hava Yollarına məxsus sərnişin təyyarəsi üç gün əvvəl Türkiyənin Dalaman hava limanına enib. COVID-19 infeksiyasına qarşı önləyici tədbirlərlə qarşılanan ukraynalı turistlərin əksəriyyəti Fəthiyədəki otellərdə yerləşdiriliblər.

Xidməti və görülən tədbirləri yüksək qiymətləndirən və "Yaxşı ki, Türkiyəyə gəlmişik" deyən Maria Petruxin açıqlamasında daha əvvəl də tətil üçün Türkiyəni seçdiyini söyləyib.

Hava limanından otelə qədər çox yaxşı qarşılandıqlarını, COVID-19 testlərindən neqativ çıxdıqlarını söyləyən 37 yaşlı Petruxin vurğulayıb ki, hava limanında və oteldə hər kəs tədbirlərə əməl edir: "Oteldə bütün heyət maskadan istifadə edir, buna görə də özümüzü təhlükəsiz hiss edirik. Türkiyə, tətil ediləcəyi ən yaxşı ölkələrdən biridir."