16 sentyabr 2019 12:45
660

Ukraynanın “AKFOR” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Ukraynanın “AKFOR” MMC Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Şirkətin kommersiya təklifləri AZPROMO-ya daxil olub. “AKFOR” MMC kənd təsərrüfatı istehsalçılarının emal məhsullarının topdan ticarəti sahəsində ixtisaslaşıb. Əməkdaşlıqda maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.