20 may 2019 19:11
757

Ukraynanın Baş naziri istefa verib

Ukraynanın Baş naziri Vladimir Qroysman istefa verdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Qroysamn bu barədə bu gün keçirdiyi brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna hökumətində yeni sima olmalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də keçirdiyi andiçmə mərasimində Baş naziri vəzifəsindən istefa verməyə çağırmışdı.