09 may 2020 22:17
1198

Ulu Öndər Heydər Əliyev hər zaman xalqının inkişafı üçün çalışıb

Seymur Orucov: Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini qaranlıqdan işıqlı bir dünyaya çıxarıb

"Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan dövlətinin güclənməsi, xalqının inkişafı və tərəqqisi üçün çalışıb".

Bu fikirləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov "Yeni Tv"-yə açıqlamasında bildirib.

S.Orucov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev idarəetmə prinsiplərində cəsarətliliyi, xalqa sədaqəti, prinsipiallığı ilə seçilən nadir tarixi şəxsiyyətdir.