12 dekabr 2019 20:14
905

Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

Ümummilli lider Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin, “SOCAR-Georcia”, “Paşa Bank”, Azərbaycan Dəmir Yolu QSC, AZNEBİ-nin, Gürcüstan Ağsaqqallar Şurasının nümayəndələri, Gürcüstan parlamentinin deputatlar Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Ruslan Hacıyev və digər rəsmi şəxslər Ulu Öndərin Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edib, önünə əklil, gül dəstələri düzüblər.

Səfirliyin əməkdaşları parka gələnlərə Heydər Əliyev barədə məlumat verib, Ulu Öndərin xidmətlərindən danışıblar.