19 sentyabr 2019 17:11
701

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Azərbaycana rəsmi səfərə gəlib

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Li Canşu Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunu hava limanında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.