16 yanvar 2020 14:40
540

UNEC-də 20 Yanvara həsr olunan kitab sərgisi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan sərgi təşkil edilib.

UNEC-dən bildirilib ki, universitetin bütün tədris binalarının kitabxana və oxu zallarında təşkil olunan sərgidə 20 Yanvar hadisələri barədə məlumatların dərc edildiyi kitablar və stendlər nümayiş olunub.