08 iyul 2020 15:02
669

UNEC-də “Gənc müəllimlər-3” layihəsinə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər-3” layihəsi çərçivəsində gənc müəllimlərin işə qəbulu davam edir.

UNEC-dən bildirilib ki, texniki və texnoloji ixtisaslar üzrə tədris aparmaq arzusunda olanlar CV-lərini iyulun 24-dək [email protected] ünvanına göndərə bilərlər.

Universitetdə texniki və texnoloji ixtisaslar üzrə tədris aparılacaq yeni və müasir tədris binasında 3 min tələbənin təhsil almaq imkanı yaradılıb, eləcə də ən müasir təchizata malik 14 laboratoriya qurulub.

Gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəs UNEC-in gənc müəllim kollektivinə qoşula bilər.

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilən namizədlərlə fərdi şəkildə onlayn müsahibə təşkil olunacaq.