17 yanvar 2021 14:16
830

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ!

Ünvanlı sosial yardım almaq üçün hara müraciət edilməlidir, hansı sənədlər tələb edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “İki sahil”ə daxil olan məlumata görə, ünvanlı sosial yardıma müraciət proseduru ilə bağlı bir çox sualları nəzərə alaraq nazirlik tərəfindən video çarx hazırlanıb. Videoçarxda e-sosial.az portalı vasitəsilə ünvanlı sosial yardıma müraciət qaydası izah olunur.