14 fevral 2019 11:25
643

Uşaqları texnoloji vasitələrin asılılığından necə qorumalı?

Böyük Britaniyada ictimai səhiyyə mütəxəssisi uşaqların elektron cihazlarla əlaqələrini daha təhlükəsiz etmək üçün bəzi təkliflər irəli sürüb. Bunlardan biri elektron cihazları axşam yemək masasından uzaqlaşdırmaq və yatmaz əvvəl dan istifadə edilməməsini təmin etməkdir.

Ekspertlərin fikrincə, hər iki saatdan bir ekran fəaliyyətini dayandırmaq lazımdır. Böyük Britaniyada ictimai səhiyyə mütəxəssislərinin texnologiyalarla bağlı fəaliyyət,  uşaqların və gənclərin psixoloji sağlamlığına dair şərhləri olan hesabat nəşr edilmişdir.

Hesabatda texnologiya firmalarının uşaqların sağlamlıqları üçün daha çox çalışmaları lazım olduğu bildirilib. Bu mövzu ilə bağlı ailələrə də tövsiyələr olunub.

- Elektron cihazlar yemək zamanı masada istifadə olunmamalıdır və uşaqların inkişafı üçün bu mühüm dövrdə ailə söhbətlərinə daha çox vaxt ayrılmalıdır.

- Texnoloji vasitələr yataq otağına daxil edilməməlidir.

- Valideynlər uşaqları ilə internetdə təhlükəsizlikdə olmağı və virtual təhdidlərə məruz qalmamaları barədə danışmalıdırlar və bu barədə narahatlıqları varsa, nə edə biləcəklərini onlara bildirməlidirlər.

- Yolda keçiddən keçərkən və digər diqqət tələb edən fəaliyyətlərlə məşğul olarkən telefondan istifadə olunmamalıdır.

- Uşaqlar telefonun və ya planşetin istifadəsini 2 saatdan sonra dayandırmalı və aktiv fəaliyyətlə məşğul olmalıdırlar.

- Valideynlər cihazın istifadəsinə və uşaqlara kifayət qədər diqqət yetirməlidirlər.

Sosial media şirkətləri müsbət məzmunu vurğulayan alqoritmlər inkişaf etdirməlidirlər.

Hesabatda bildirir ki, elektron cihazlar və psixi sağlamlıq problemləri arasında dəqiq və birbaşa əlaqə yoxdur.

Gənclərin anoreksiya xəstəliyi kimi yemək yeməklə bağlı problemlərini artıran, intihar etmə və özünə zərər vermək kimi halların ola biləcəyi vurğulanır.

Sosial media şirkətlərinə də müsbət məzmunları vurğulayan alqoritmlərin inkişaf etdirilməsi məsləhət görülür.

Röya Rasimqızı