07 aprel 2020 12:21
1494

Uşaqlarını koronavirusdan qorumaq üçün mikroavtobusda yaşayır – FOTO

Türkiyənin Trabzon şəhərində kişi ailəsini virusa yoluxdurmamaq üçün maşında yaşayır.

“İki sahil” xəbər verir ki, 42 yaşlı Fateh Turan evinin yaxınlığındakı mikroavtobusda qalır. O, gündə bir neçə saat işə getdiyini deyib və işdən qayıdanda uşaqlarını virusa yoluxdurmaq təhlükəsi yaşamamaq üçün belə etdiyini bildirib. Bütün lazımi əşyaları miktoavtobusa yerləşdirən həmin şəxs zamanını maraqlı keçirdiyini deyib.

“Burada arvadın deyinməsindən də uzağam”, - deyə Turan zarafat edib.