19 sentyabr 2020 15:15
754

Üzərində insanlar olan aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

Məşhur ekstremal səyyah Mayk Horn Arktikada ekspedisiyasının iki üzvü ilə aysberqin üzərində olarkən çox tonlu buz bloku çevrilib və onlar okeana düşüblər.

"İki sahil" Oxu.az-a istnadən xəbər verir ki, Horn hadisənin videosunu özünün “Instagram” hesabında yayımlayıb.

Kadrlarda onların yıxılması və gəmidəki insanların qışqırtısı eşidilir.

““Fəthdən” əvvəl səhər yeməyi yemək lazım deyildi”, - deyə Horn videoya zarafatyana şərh yazıb.

Tədqiqatçı həmçinin hadisə ilə əlaqədar zərərçəkənin olmadığını vurğulayıb.