13 noyabr 2019 10:35
673

Üzümüzdəki “Ölüm üçbucağı”...

Nə üçün bu hissəyə əl vurmaq olmaz?

Yəqin ki, bu məlumat çoxunuz üçün yeni olacaq. Hər bir insanın üzündə “ölüm üçbucağı” yerləşir.

“İki sahil”in “Cumhuriyet.com.tr” saytına istinadən verdiyi məlumata görə məhz bu “üçbucağa” daxil olan hissələr infeksiya və virusların orqanizmə daxil olan qapısıdır.

Bu təhlükəli “üçbucağa” burun, burunətrafı hissə və dodaqlar daxildir.

Üzün məhz bu hissəsi ən çox damarların yerləşdiyi nahiyədir, hansı ki, bu damarların hər biri xüsusi klapanla təchiz olunub.

Əgər bu “üçbucaq” nahiyəni hansısa infeksiya keçə bilirsə, o, baş və beyinə daha tez çatır, bu zaman xəstə ölümə yaxınlaşır.

Dermatoloqlar bildirir ki, bu hissəyə çirkli əllərlə toxunmaq, burada civzələri, qara nöqtələri sıxmaq olmaz. Dərini təmizləmək üçün skrablardan müntəzəm istifadə etmək və ehtiyac yarandıqda kosmetoloqa müraciət etmək lazımdır.

Həmçinin, burunun içində olan tüklər qoruyucu funksiyanı yerinə yetirir - mikrob və infeksiyalardan qoruyur. Mütəxəssislər bu tüklərin qoparılmasının əleyhinədir, bu zaman da infeksiya keçə bilər.

Bu hissədə əmələ gələn sızanaq və ya furunkulları iynə ilə açmaq, sıxmaq qəti qadağandır. Furunkul piy vəzilərinin tutulması səbəbindən iltihablaşması deməkdir. Dəri altında yayılan iltihab və irin yol tapıb çıxa bilmir və şiş yaranır. Furunkulların müalicəsi üçün dermatoloqa müraciət etmək lazımdır.

Röya Rasimqızı, “İki sahil”