17 mart 2020 11:05
681

Vahid Əhmədov Rəqabət Məcəlləsindən danışdı

“Keçən sessiyada bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsinin üzərində iş gedir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

“Görünür ki, həmin məcəllənin qəbul olunmasına qarşı olan məmurlar var. Hesab edirəm ki, Rəqabət Məcəlləsi bu il komitənin iş planına salınmalı və Milli Məclisin plenar iclasına çıxarılmalıdır. Hesab edirəm ki, bu Məcəllənin qəbulu çox vacibdir”, - deputat əlavə edib.

Deputat həmçinin həmkarı Əli Məsimli ilə birgə hazırladıqları “Təhsil kreditləri haqqında” qanunun da qəbul olunmasının vacibliyini vurğulayıb.