16 yanvar 2021 22:54
929

"Valensiya"da koronavirus

"Valensiya"da bir futbolçuda koronavirus aşkarlanıb.

“İki sahil” Qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Test nəticəsi müsbət çıxan oyunçunun adı barədə məlumat verilməyib, ancaq onun bu həftə bazada məşq etdiyi bildirilib.

Futbolçu ilə təmas olanda digər şəxslərin də karantinə alındığı bildirilib.

Qeyd edək ki, "Valensiya" La Liqada 18 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.