13 iyul 2020 13:18
1370

Vaqif Dərgahlı: Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib. Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir.