18 may 2019 13:24
656

Venesuela ABŞ-la danışıqlara hazır olduğunu bəyan etdi

Karakas qarşılıqlı hörmət əsasında ABŞ administrasiyasıyla dialoqa başlamağa hazırdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuelanın Xarici İşlər Nazirliyinin başçısı Xaorxe Arreas bildirib.

Arreas həmçinin ifadə edib ki, ABŞ prezidenti Donald Trampın Venesuela barəsində bütün strategiyaları iflasa uğrayıb. Eyni zamanda Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Venesuela hökuməti Amerika administrasiyası ilə dialoq mexanizmlərini qurmağa meyllidir.