14 iyun 2019 17:17
1493

Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib

İyunun 14-də Vergilər nazirinin müavini Mətin Eynullayev Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, qəbulda vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, vergi orqanlarına işə qəbul və bərpa olunma ilə bağlı bir sıra məsələlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.