18 yanvar 2021 11:07
2978

Vətən Müharibəsinin fədakarlarını tanıyaq! - FOTO/VİDEO

Vətən Sevgisinin nümunəsi və bir vətən oğlunun həyat amalı

Məlumdur ki, 2020-ci ilin iyul ayında azğınlaşmış düşmən təxribatlara əl ataraq dövlət sərhədlərimizi növbəti dəfə pozmağa cəhdlər etmişdir. İşğalcı Ermənistanın  növbəti belə addımı 30 illik işğala məruz qalmış  xalqımızın və onun vətənpərvər oğullarının Vətən uğrunda mübarizə əzmini və malik olduğu milli qeyrət hissini düşmənə göstərmək zərurətini tarixi fürsətə cevirdi. Tarixin qəhrəmanlıq səhifələrini öz qanları ilə yazan Azərbaycan oğulları bu dəfə daha güclü dövlətin, güclü liderin ətrafında hamımızı səfərbər edən, vətən  uğrunda haqq savaşının avanqardına cevrildilər. Biz bu savaşda tarix yazan oğulların timsalında yenilməz milli iradə, sarslmaz güc və sonsuz Vətən eşqinin dərkini gördük. Qəhrəman xalqımız tarixdə bu qədər güclü olmayan milli bütövlüyünün qələbəsini və zəfər səlnaməsini yazdı. Məlum oldu ki, Azərbaycan xalqı və onun milli kimliyi haqqında  bəşəriyyətin təsəvvürləri bir daha yenilənməlidir.

Canını Vətən yolunda qurban etməyə hazır olan, Vətən təəsübkeşliyi ilə numunə göstərən Səfərli Şükür Allahverdi oğlu bu şanlı tarixi yazan qəhrəman övladlarımızdandır. 2014 cü ildə Bakı şəhəri Nəsimi rayon 1 saylı orta məktəbi, 2018-ci ildə isə Qərb Universitetinin Kompyuter Mühəndisliyi  fakültəsini  bitirən Şükür Səfərli  27 iyul 2018 ci il tarixdən  27 iyul 2019-cu il tarixədək Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmuş, kicik cavuş kimi ehtiyyata buraxılmışdır. Düşmən təxribatlarının ilk günündən rahatlıq tapmayan qəhrəmanımız müharibəyə gedib düşmənə qarşı vuruşmaq ücün könüllü olaraq rəsmi müraciət etmiş və qeydiyyata alınmışdır. 27 sentyabr 2020-ci il tarixindən -Vətən Müharibəsinin başladığı ilk gündən Füzulu, Cəbrayıl, Hadrut, Xocavənd  uğrunda  gedən döyüşlərdə “Zenit Raket Artilleriya” batalyonunun tərkibində uğurlu döyüş tapşırıqları yerinə yetirmiş və döyüşlərin birində düşmənin atdığı mərminin partlaması nəticəsində  xəsarət almışıdır.

Şükür Səfərli hamıya nümünə olacaq bir addım atmışdır. Belə ki, Vətən Müharibəsində  düşmənə qarşı vuruşmaq ücün könüllü olaraq müraciət etməsi və döyüş bölgəsinə yollanmağı barədə ailə üzvlərindən və yaxın qohumlarından yalnız  atası Allahverdi Səfərovun əvvəlcədən məlumatı olmuş, xeyir dua verərək onu cəbhəyə yola salmışdır. Qəhrəmanımızın atası baş ədliyyə müşaviri Allahverdi Səfərov ayrı-ayrı rayonlarımızda rayon prokuroru işləmiş, hazırda isə Azərbaycan Respublikasının Baş Prokurorluğunda məsul vəzifədə  calışır. O da öz növbəsində müharibə başladığı vaxtdan sonadək hərbi hissədəki hərbi qulluqculara maddi və mənəvi dəstək göstərmiş, bu işdə onunla bərabər yaxın dostları Vahid Adığözəlov, ehtiyyatda olan hərbi zabit Habil Şirinov, Beyləqan sakini Zöhrab Quliyev, İslam Allahverdiyev iş adamı  Hümbət, əslən Gədəbəy rayonunun  Çanaqcı kəndindən olan və  Bakı şəhərində yaşayan iş adamları Hidayət və Moruqlu kəndindən olan Zahir adlı vətənpərvər dostları Şükür Səfərlinin xidmət etdiyi bölüyün əsgərlərinə hər cür maddi və mənəvi dəstək göstərmişlər.

Şükür Səfərlinin atası Allahverdi Səfərovun fikirlərini dinləyərkən bir sıra maraqlı məqamlar düşündürücüdür və hamımızın vətənpərvərlik ruhunda dərin iz buraxır. Həmin fikirlərə diqqət edək: “2020-ci ilin iyul ayında  həyat yoldaşım xəstəxanada yatırdı. Oğlum Şükür Səfərli ilə evdə İTV kanalında Tovuz döyüşlərində iştirak etmək  istəyən könüllülər haqqında gedən verilişi izləyib, müzakirələr edirdik.  Özüm də hiss etmədən  Şükürə “Qaqaş”(mərhum qardaşımın adını daşıdığı ücün həmişə “qaqaş” deyib müraciət etmişik) sən nə əcəb könüllü kimi yazılmamısan? deyə soruşdum. Oğlum isə ata mən artıq yazılmışam deyə cavab verdi. Özümü saxlaya bilməyib kövrəlib gözlərim yaşla doldu və hec bir söz deyə bilməyib onu qucaqlayıb öpdüm. 21 sentyabr  2020-ci il tarixdə səfərbərlik xidməti tərəfindən cağırıldıqda işdə olduğum vaxt mənə zəng edib  “ata  Səfərbərlik xidmətindən cağrılmişam, gedirəm” dedikdə “oğlum yaxşı yol  Allah sənə və bütün xalqımıza kömək olsun” deyib onunla sağollaşdım. 27 sentyabr 2020-ci il səhər saat 8-də cəbhə bölgəsinə yola salındıqları maşında  Bakının Qızıldaş qəsəbəsində ciddi nasazlıq yarandığına görə təmirə dayandığını oğlum Qalib  təxminən saat 15-16 radələrində mənə bildirdi. Dərhal dostum Vahidlə birlikdə  onun şəxsi avtomobili ilə onların yanına getdik. Qızıldaş qəsəbə sakinlərinin döyüşə gedən əsgərlərimizə necə həssaslıqla  yanaşdıqlarını, onlara isti yemək, cay, su və diğər ərzaq məhsullarını gətirib verdiklərini gördükdə  ürəyim fərəhlə doldu. Maşının təmiri uzun müddət cəkdiyi ücün orada bütün əsgərlərimizlə xeyli söhbətlər apardım. Onların məğrurluğuna, Vətən eşqınə baxdıqca Vətənimizin qələbə sevinci yaşayacağının uzaqda olmadığı qənaətinə gəlmişdim.  Cünki, bu Vətən oğullarının hər birinin gözündə yalnız qələbə uğrunda döyüşəcəkləri ifadə olunmuşdur. Vətənin bütövlüyü, Ali Baş Komandanın zəfər komandası sanki onların canına hopmuşdur. Bir ata kimi  bu anlarda kecirdiyim hisslər mənə xalqımızın nə qədər böyük, nə qədər qəhrəman xalq olduğunun fərəhini yaşatmışdır. Bütün hisslərə qarşı mənim təsəllim vardır. Bu Sükürün və onun silahdaşlarının Vətənə olan məhəbbəti idi. Təki Vətən yaşasın!. Təxminən həmin gecə saat 2 radələrində hərbi hissədən göndərilən  başqa bir maşınla əsgərlərimiz cəbhə bölgəsinə yola düşdülər. Mən onların hər biri ilə görüşüb “inşallah qalib kimi qayıdacaqsınız” xeyir duasını verdim. Onları aparan hərbi maşın gözdən itənədək xalqımızın haqq işinə Tanrıdan xeyir dua arzuladım. Yalnız qələbə sevincini yaşayacağımiza dair ilahidən gələn nikbinlik daxilən  məni rahat edirdi.  Müharibənin getdiyi 44 gündə isə hər bir valideyn kimi mənim də dəqiqələrim, saatlarım cəbhədəki hərbi vəziyyəti izləmək  və uğurlarımız ücün əlimdən gələnləri etmək düşüncələri olub. Etdiklərimi isə  fəxrlə bir vətəndaşlıq borcu hesab edirəm. Budur şükürlər olsun ki, müharibə qurtarmışdır. Qalib ordumuzun bir qism qəhərmanları şəhidlik zirvəsinə ucalmışdır.  Əbədi qürur yerimizə cevrilmişlər. Digər əsgərlərimiz isə alnı acıq öz evlərinə dönmüşlər. Əynimə geydiyim xidməti formada, baş ədliyyə müşaviri olaraq butun Azərbaycan əsgərlərinin timsalında oğlum  kicik cavuş Şükür Səfərlinin  qarşısında diz cökdüm. Onu qarşıladım. Cünki, qalib, yenilməz ordumuz Ali Baş Komandanın  müdrik siyasəti,  ağlı, zəkası, ali diplomatik təcrübəsi ilə bütün dünyada məğrurluğumuzu, yenilməzliyimizi təsdiq etmişdir. Bundan böyük xoşbəxtlik ola bilməz”.

Digər bir məqamı da qeyd etmək yerinə düşür. Şükür Səfərli cəbhəyə yola düşdükdə anası Təranə Hüseynova ağır yataq xəstəsi olmuşdur. 2020-ci ilin iyul ayından  hazırkı vaxta qədər  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik  Klinikasında, “Leyla” Tibb Mərkəzində, “Yeni Klinika”da, Respublika Diaqnostik Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində yataq xəstəsi olmuş, iki dafə ağır cərrahiyyə əməliyyatı kecirmişdir. Şükür Səfərli 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cağırılan zaman anası Təranə xanımla görüşüb sağollaşarkən ona dövlət orqanlarında işə qəbul ediləcəyi ücün Bakı şəhərində təlim–tədris mərkəzlərində təlimə cağırıldığını bildirmişdir.Müharibənin qızğın cağında cəbhə bölgəsindən isə telefonla danışarkən təlimlərin tezliklə başa catacağını və evə dönəcəyini inandırmağa calışmışdır.  Ağır stress kecirmək təhlükəsinin olduğunu bilərək ailə üzvləri bütün imkanlardan istifadə edərək ananın bu barədə məlumatının olmamasına calışmışlar. Şükürün cəbhə bölgəsindən qayıtmasını ana bir gün əvvəl 30 dekabr 2020-ci il tarixdə bilmişdir. Ananın bu həyəcanı qələbə sevinci ilə ailəsinə qovuşan Vətənpərvər  övladının Vətəninin keşiyində ləyaqlə xidmət etməsi kimi sevinc və qürür hissi ilə əvəz olunmuşdur. Şükürün isə bu addımı bütün analara və öz doğma anasına qələbə sevinci yaşatması arzusundan irəli gəlirdi. O nisbətən təminatlı ailədə böyüməsinə baxmayaraq müharibənin ağırlığı, fiziki əzabı onun ücün dərk edilən idi. Lakin vətənpərvərlik hissi onun ücün yeganə həyat amalı olmuşdur. Cünki o dövlətin və dövlətciliyin keşiyində dayanmağı həmişə üstün tutan bir ailənin övladı olaraq tərbiyyə almışdır. Şükürün görmə qabiliyyəti  zəif olduğuna görə o eynəkdən istifadə edir. Cəbhə bölgəsində eynəyi sinsa da müharibəyə yola düşdükdə ehtiyyat ücün özü ilə götürdüyü əvvəllər istifadə etdiyi daha zəif eynəkdən istifadə etmək məcbiriyyətində qalmış, daha sonra isə ona göndərilən yeni eynəklə döyüş tapşırıqlarını  yerinə yetirmişdir.

Şükür cəbhənin Cəbrayıl, Hadrut və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərkən doğma əmisi oğlu Səfərli Vüsal  Fərman oğlu  da onun amalına qoşularaq könüllü cəbhəyə yola düşmüş, Zəngilan uğrunda gedən döyüş tapşırıqlarını şərəflə yerinə yetirmişdir. Vətən Müharibəsinin hər cətinliyinə sinə gərən hər iki gənc aldıqları xəsarətləri nəzərə  alınmasa sağ salamat qayıtmışlar. Lakin biz o halı örnək saymalı və yüksək qiymətləndirməliyik ki, hər bir vətən övladı öz torpaqlarının azadlığı uğrunda düşmənlə ölüm dirim mübarizəsinə qatılarkən  şəhidlik zirvəsinə catacaqlarını, gözlərini, qollarını, ayaqlarını itirib qazi kimi qayıdacaqlarını dərk edib bu addımı atmışlar. Bunların hamisina hazir olan qəhrəman övladlarımızın qarşısında yalnız Vətəninin azadlığı uğrunda düşməni məhv etmək, hər seyi Vətənə qurban vermək kimi ali bir məqsədin həyata kecirilməsi dayandığı ücün onların amalı şərəf və qürür tariximizdir.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Ordumuz! Yaşasın Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Sənan Həsənov,
AMEA-nın aparıcı elmi işcisi,
YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent