05 dekabr 2019 17:41
721

Vətəndaşların bələdiyyələrə inamı artır - FOTO

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq “Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi  rayonun Qazıqumlaq və Ramal kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək qarşıdan gələn bələdiyyə seçkilərindən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb. "Xalq üçün" devizi ilə təbliğat-təşviqat kanpaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirən Ş.Abdullayeva Yeni Azərbaycan Partiyasının seçki proqramı ilə tanış edib.

Təbliğat-təşviqat qrupunun üzvləri Rahib Rəsulov, Yusif Məmmədov, Qazıqumlaq bələdiyyəsinə namizədlər Nüşabə Abbasova, Şükufə Zülfüqarova, Şahlıq kənd sakini Rahib Şərifov, Ramal bələdiyyəsinə namizəd Züleyxa Qurbanova çıxış edərək seçkilərin yüksək səviyyədə, tam demokratik şəraitdə keçiriləciyini, hər bir seçici öz istədiyi namizədə sərbəst şəkildə səs vermə imkanı əldə edəcəyini vurğulayıblar.

Növbəti seçicilərlə görüş rayonun Qaradağlı kəndində keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bələdiyyə seçkiləri haqqında ətraflı məlumat verərək seçiciləri seçki prosesində aktiv olmağa  çağırıb.

Təbliğat-təşviqat qrupunun üzvləri Rahib Rəsulov, Yusif Məmmədov, seçicilərdən Ziniyət Şamilova, Rəşad Daşdəmirov, Ceyhunə Məmmədova, Səkinə Səfərəliyeva və digərləri seçkilərdə fəal iştirak edəcəklərini, etimadı öz əməli işləri ilə doğruldacaqlarını bəyan ediblər.

Orxan Vahidoğlu, “İki sahil”