19 mart 2020 10:02
754

Vətəndaşların nəzərinə!

Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 16 mart 2020-ci il tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeli qurumlarında vətəndaş qəbulu onlayn və elektron qaydada həyata keçiriləcək.

"İki sahil" xəbər verir ki, vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılacaq.

Vətəndaşların müraciətləri nazirliyin (012) 498-89-14, (012) 498-08-44 (daxili: 1296) telefon nömrəsi və “1652” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.

Bununla yanaşı, vətəndaşlar nazirliyin agro.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Həmçinin, vətəndaşların müraciətlərində operativliyi təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının “Skype” ünvanları istifadəçilərin ixtiyarına verilib. Vətəndaşlar “Skype” ünvanlarına müraciət edə bilərlər. Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılacaq.